Azərbaycanda məhkumların və təqsirləndirilən şəxslərin saxlanılma şəraiti - VƏZİYYƏT NECƏDİR

Müstəqilliyin ilk illərindən etibarən bütün sahələrdə islahatların həyata keçirilməsi ümumilikdə Azərbaycanın inkişafına təkan verirdi. Düzdür, ilk illərdə hər bir sahədə islahatlar çətin və nəticəsi müsbət olmayan tendensiya ilə həyata keçirilirdi ki, bu da qarşıya qoyulan hədəflərə nail olmaqda problemlərə yol açırdı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra proses bir qədər dinamik xarakter daşıdı və bütün sahələrdə uğurlu islahatlar həyata keçirildi. Hüquq sahəsində, xüsusilə də penitensiar sistemdə həyata keçirilən islahatlar təkcə ölkə daxilində deyil, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılandı. Qeyd edilən istiqamətdə ötən illər ərzində həyata keçirilən islahatlara diqqət çəkən hüquqşünas Əli İbrahimov deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bir müddət sonra 1993-cü ildə tarixi ənənə və dünya təcrübəsi əsas götürülərək, penitensiar sistem, istintaq təcridxanaları istisna olmaqla, Daxili İşlər Nazirliyinin tabeliyindən alınaraq, Ədliyyə Nazirliyinin nəzdinə verildi, nazirliyin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi (MQİBİ) yaradıldı və bu quruma cinayət cəzalarının icrasından əlavə, məhkəmələrin  mülki işlər üzrə qərarlarının, habelə icrası məkəmə icraçılarına həvalə edilmiş qərarların icrasının təşkili işi də həvalə olundu. Hüquqşünas bildirib ki, 1999-cu ilin sonunda isə Məhkəmə Qərarları İcrası Baş İdarəsinə yalnız cəzaların icrasının təşkili vəzifəsi tapşırıldı: "Penitensiar sistemin fəaliyyətinin yenidən qurulmasında Prezident İlham Əliyevin Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanı əhəmiyyətli rol oynadı. Həmin Fərmana əsasən, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi Penitensiar xidmət adlandırıldı, regionlarda müasir, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşa edilməsı qərara alındı. Ötən müddət ərzində məhkumların və təqsirləndirilən şəxslərin saxlanılma şəraitinin daha da yaxınılaşdırılması, onun beynəlxalq standartlara yaxınlaşdınlması məqsədilə penitensiar müəssisələrdə rekonstruksiya, maddi-məişət obyektlərinin cari və əsaslı təmiri işləri aparıldı, cəzanın çəkilməsi üçün normal şərait yaradıldı. Məhkumların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı müəssisələrdə klublar, kitabxanalar, əksər müəssisələrdə peşə və orta ümumtəhsil məktəbləri, müvafiq şəraitə malik idman meydançaları və kompyuter otaqları təşkil edilərək istifadəyə verildi. Dini etiqad azadlığmın təmin edilməsi məqsədilə, müəssisələrdə ibadət yerləri təşkil olundu, dini mərasimlərin həyata keçirilməsinə, dövlət qeydiyyatından keçmiş dini qurumların nümayəndələrinin məhkumlarla görüşünə şərait yaradıldı".

Əli İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Penitensiar xidmətə qayğısı ictimai və dövlət həyatının müxtəlif sahələrinin inkişafına, onların fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş müxtəlif fərman və sərəncamlarda, Dövlət proqramlarında da öz əksini tapıb: "Hazırda bu sənədlərin bir çoxu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ılə təsdiq edilmiş Azərbaycan Respublikasmda İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 15 may 2007-ci il tarixli Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı, Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında 6 iyun 2007-ci il tarixli Fərmanla təsdiq edilmiş Dövlət Proqramı və Tədbirlər Planı, 28 iyun 2007-ci il tarixli Fərmanla təsdiq edilmiş Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı, 28 iyul 2007-ci il tarixli Sərəncamla təsdiq edilmiş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı, 15 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, 6 oktyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı, 6 fevral 2009-cu il  tarixli Sərəncamla təsdiq edilmiş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı, Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında 22 iyun 2009-cu il tarixli Fərman aidiyyəti  üzrə Penitensiar xidmət tərəfindən uğurla icra olunur, mövcud problemlərin həllinə kömək göstərir".

Hüquqşünasın sözlərinə görə, penitensiar xidmətdə cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, yenı yaradılmış şəffaflıq şəraitində əməkdaşların xidmətə qəbul olunması və ölkəmizdən kənarda kadrların hazırlanması ilə bağlı məqsədyünlü işlər aparılır: "Müstəqillik dövründə işçi heyətinin statusunun qanunla müəyyən edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb, 26 may 2006-cı ildə qəbul edilmiş Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununda ədlıyyə işçıləri, o cümlədən Penitensıar xidmətın əməkdaşları üçün ilk dəfə olaraq çoxsaylı güzəştlər və imtiyazlar müəyyən olunub. Keçən dövrdə Xidmətin əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə artırılıb, onların əşya təminatının keyfiyyəti yüksəldilib. Əməkdaşların peşə hazırlığının səmərəli təşkili məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2001-ci ildən Penitensiar xidmətin nəzdində Təlim Mərkəzi təşkil edilib".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31