Bill Qeyts növbəti pandemiyanın COVID-19-dan «on qat daha pis» ola biləcəyini proqnozlaşdırıb

...o, bunu Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsində bildirib

"Microsoft" qurucusu, milyarder Bill Qeyts növbəti pandemiyanın SARS-CoV-2 virusunun yaratdığı pandemiyadan on qat daha pis ola biləcəyini açıqlayıb.

İnterAz RBK-yə istinadən xəbər verir ki, o, bunu Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Növbəti pandemiyaya hazır deyilik. Ümid edirəm iki ildən sonra fərqli olacaq. Bu pandemiya dəhşətlidir, ancaq bir sonrakı on qat daha pis ola bilər", Qeyts bildirib. 

Onun sözlərinə görə, "zəngin dünya"dakı logistika sistemi ehtimal ediləndən daha mürəkkəb oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31