Məktəblərdə bufet olmayacaq

Fevralın 1-də tədris bərpa olunacağı zaman məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək.

Olaylar.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin sentyabr ayında verdiyi qərarla pandemiya dövründə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb: "Bu qərar yenə də öz qüvvəsində qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31