Turizm obyektlərinin rəhbərlərinə xəbərdarlıq edildi
27 Yanvar 2021 14:17 SosialDövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar turizm sənayesinə müraciət edib.
"OLAYLAR"-a Agentlikdən daxil olan müraciətdə deyilir: "Hörmətli turizmçilər və həmkarlar. Bildiyiniz kimi, koronavirusun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 18 yanvar 2021-ci il tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi müəyyən qədər yumşaldılıb.
Yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən "SMS" icazə sisteminin ləğv olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb.
Əlbəttə, turizmdə canlanmanın yaranması sevindirici haldır. Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir".