Fərman İsmayılovun nəşi kimə təhvil veriləcək?

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb."Olaylar"ın məlumatına görə, o bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib: "Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31