Fərman İsmayılovun nəşi Türkiyədən Bakıya yola salındı
27 Yanvar 2021 10:12 SosialTürkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana göndərilib.
Olaylar.az xəbər verir ki, gəminin ikinci mühəndisi olan Fərman İsmayılovun nəşi səhər saatlarında Türk Hava Yolları (THY) ilə Azərbaycana yola salınıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31