Sabah paytaxtın bu rayonlarında su olmayacaq
26 Yanvar 2021 22:07 SosialYanvarın 27-də gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən verilib. Bildirilib ki, buna səbəb Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31