Yardımlı rayon sakinindən narkotik götürülüb
26 Yanvar 2021 14:11 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində saxlanılıb. Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31