ÜST bu COVID-19 peyvəndinə sertifikat verəcək
26 Yanvar 2021 12:14 SosialÜmumdünya Səhiyyə Təşkilatı tezliklə Rusiya istehsalı "Sputnik V" peyvəndini təsdiqləyəcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, Moskva peyvəndin ilkin səriştəlilik, Təcili İstifadə Siyahısına (Emergency Use Listing) daxil edilməsi üçün lazım olan sənədləri təqdim edib. 22 yanvar 2021-ci il etibarilə ÜST-də müraciətin ikinci analiz mərhələsi başlayıb. Dolayısı ilə qısa müddət ərzində peyvəndə sertifikat verilməsinə ümid edilir.
Qamaleya Araşdırma Mərkəzi tərəfindən hazırlanan və dünyada ilk COVID-19 peyvəndi olma özəlliyini daşıyan "Sputnik V"nin vurulduğu insanlarda hər hansı uzunmüddətli yan təsirlər müşahidə edilməyib.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31