YAP üzvləri milliyyətcə rus olan Vətən müharibəsi qazilərini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının nümayəndələri milliyyətcə rus olan Vətən müharibəsi qazilərini ziyarət ediblər. "Olaylar"ın məlumatına görə,  millət vəkili Aydın Hüseynov qeyd edib ki, ziyarətə qatılan YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İcra katibliyinin şöbə müdirləri, deputat Aydın Mirzəzadə, YAP Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qazilərin vəziyyəti ilə maraqlanıb, onlara Vətənin müdafiəsində iştiraka, ailələrinə isə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür ediblər.

Qeyd edib ki, Vladislav Karçaşkin Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda döyüşlərdə iştirak edib, medallarla təltif edilib. Denis Quzlayev isə oktyabrın 14-də Füzuli istiqaməətində ağır döyüşlərin birində çənəsindən ağır yaralanıb, əməliyyat olunub, hazırda reabilitasiyadadır. O da medalla təltif edilib. Qazilərin ailələrinə təşəkkür edilib və yardım olunub. Partiyanın nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Bu cür görüşlər respublikanın müxtəlif rayonlarında da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31