Pambıq sahələrinin güzəştli sığortasına başlanıb
26 Yanvar 2021 11:50 Sosial Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, hazırda pambıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Aran və Qarabağ bölgəsində - Saatlı, Sabirabad, Bərdə, İmişli, Amğabədi, Beyləqan, Biləsuvar, Neftçala və digər bölgələrdə əlilir. Pambıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün pambığın 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, pambığın bir hektar üçün məhsuldarlıq norması 1-54,3 sentner arasında, qiymət isə 50-65 manat/sentner arasında müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31