Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni VƏZİFƏ VERDİ
26 Yanvar 2021 11:26 SosialDaxili İşlər orqanlarında növbəti təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.
O, ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.
Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31