Arvadı ilə mübahisə edib özünü dağdan atdı
26 Yanvar 2021 11:22 SosialBakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Natiq Nadir oğlu həyat yoldaşı ilə mübahisə etdikdən sonra intihar etmək qərarına gəlib. O, Bakıxanov dağı kimi tanınan ərazidən özünü yerə atıb. N.Hüseynov baş-beyinin silkələnməsi, sol təpə gicgah nahiyəsinin geniş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31