Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Müəllimlərin vaksinasiyası ilə bağlı heç bir məcburetmə halı yoxdur.

Olaylar.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31