Deputat səyyar qəbul həyata keçirib

Azərbaycan Respublikası Milli Məclisində 50saylı AbşeronQobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə Qobustan rayonunda səyyar vətəndaş qəbulu keçirib. Rayonun 10-a yaxın yaşayış

məntəqəsini əhatə edən fərdi vətəndaş qəbulları barədə deputat öz sosial şəbəkə hesablarında paylaşım edib: "Qobustan rayonu üzrə vətəndaşların fərdi formada səyyar qəbulu keçirildi! 25 yanvar 2021-ci il tarixində 40-dan artıq vətəndaşın iştirakı ilə rayonun Bəklə, Cəyirli, Çalov, Nabur, Xilmilli, Çuxanlı, Ərəbşalbaş, Sündü, Təklə və Təklə Mirzəbaba kəndləri üzrə səyyar qəbul baş tutub. Pandemiyadan irəli gələrək xüsusi qaydalara əsasən həyata keçirilən fərdi qəbullardan məşğulluq, sosial təminat, infrastruktur, kommunal, təhsil, hüquq, kənd təsərrüfatı, torpaq və əmlak məsələləri ilə bağlı müraciətlər qəbul edilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31