Nardaran qəsəbəsində silahlı şəxs saxlanılıb
25 Yanvar 2021 15:52 SosialSabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.DİN-dən "Olaylar"a bildirilib ki, Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31