"Mavi jet"in görüntüsü yayıldı
25 Yanvar 2021 15:35 SosialAvropa Kosmik Agentliyi ötən il Yer planetindən fəzaya uçan mavi işıq axınının canladırılan görüntüsünü yayıblar.
Olaylar.az bildirir ki, alimlər qeyd edirlər ki, mavi işıq seli qalın bulud təbəqəsinin üstündə toplandığı üçün onu yerdən müşahidə etmək mümkünsüzdür. Lakin elmi nəzəriyyələrə əsaslanaraq işıq selinin təsvirini əldə etmək mümkün olub.
Qeyd edək ki, "Mavi jet" olaraq adlandırılan işıq seli 10 mikro saniyəlik güclü işıq saçma ilə müşahidə olunan, atmosferdə əlaqəyə girən radio dalğalar və elektronlar tərəfindən yaranan səmavi elektrik boşalmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31