Ötən il evi qarət edən şəxs ələ keçib
25 Yanvar 2021 14:44 SosialBakıda evdən oğurluq edən şəxs tutulub. Bu barədə "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis Şöbəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2 640 manat dəyərində müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31