Azərbaycanda 62 siyasi partiya qeydiyyatdan keçib

Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir. "Olaylar"ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib. İ.Məmmədov qeyd edib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb: "Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Respublikaçı Partiyasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31