Bir ildə yol qəzalarında 696 nəfər ölüb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən il baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistikanı açıqlayıb. BDYPİ-dən "Olaylar"a  verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Rəsmi məlumata görə, Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölüb, 387 nəfər yaralanıb. Qeyd edilib ki, 1534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31