Baku Medical Plazada əməliyyat olunan Rəşad Mahmudov öldü

Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.

Oxu24.com -un xəbərinə görə, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.

Vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31