Ötən il 7 nəfər Azərbaycana ekstardisiya edilib
25 Yanvar 2021 13:04 Sosial"Koronavirus pandemiyası ilə əlaqədar məhkumların verilməsi və ekstradisiya sahəsində problemlər yaranmışdı"."Olaylar" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunan videokonfransda deyib. O, bildirib ki, bu sahədə tərəfdaşlarla məsləhətləşmələrdən sonra proseslərin elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi məsələsi həll edilib: "Ötən il Almaniya iki azərbaycanlını Azərbaycana təhvil verilib, onlardan biri Avropa İttifaqının vətəndaşı olub. Ümumilikdə ötən il 5 məhkum Azərbaycana gətirlib, 25 məhkum öz ölkəsinə təhvil verilib. 7 nəfər isə Azərbaycana ekstardisiya edilib. Bu ölkələr siyahısında Əlcəzair, Terkiyə Bosniya var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31