Ermənistanın insanlıq əleyhinə cinayətləri beynəlxalq təşkilatlara çatdırlıb

Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər aparılır. Bunun üçün müxtəlif beynəlxalq təşkilatlara müraciət edilib. "Olaylar"ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov bildirib. S.Kazımovun sözlərinə görə, müraciətlərdə azərbaycanlıların etnik təmizləməyə məruz qalması, ermənilərin insanlıq əleyhinə cinayətləri vurğulanıb: "Ermənistanın qeyri-insani əməlləri təfsilatı ilə ixtisaslaşmış beynəlxalq qurum rəhbərlərinin diqqətnə çatdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31