COVID-19-un ən təhlükəli növü yayıldı - VAKSİNİN TƏSİRİNİ ÖLDÜRÜR
25 Yanvar 2021 11:25 SosialFransa Elm Şurasının sədri Jan Fransis Delfrissi ölkədə yenidən küçəyə çıxmaq qadağasının tətbiq oluna biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, "son 3 həftədə mutasiyalar oyunun qaydalarını dəyişib. Bu isə vəziyyəti fərqli hala salır, vaksinin təsirini azaldır" deyə bildirib.
Delfrissi COVID-19-un mutasiyaya uğramış növlərinə başqa Paris olmaqla, ölkənin bir çox yerində rast gəlindiyini söyləyib. Qeyd edib ki, virusun Cənubi Afrika Respublikası (CAR) mutasiyası peyvəndin təsirini 40% azaldır.
Mütəxəssis həmçinin bunları əlavə edib:
"Araşdırmamız mutasiyaya uğramış virusu daşıyan xəstələrin sayının daha çox olduğunu göstərir. Bunun nəzarətdə saxlamağa çalışacağıq. Böyük ehtimal ki, küçəyə çıxmaq qadağası tətbiq olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31