Mutant virus Azərbaycanın bir addımlığında tapıldı

Türkiyədə koronavirusun mutant variantı aşkarlanıb.

Publika.az xəbər verir ki, mutant virus son günlərdə yoluxmanın azaldığı Tunceli vilayətində 1 nəfərdə tapılıb.

Əldə olunan məlumata görə, bir həkim şəhərdən kənardakı səfərindən geri qayıtdıqdan sonra boğaz ağrısı hiss edib və COVID-19 testi verib. Test nəticəsində onda mutant virus müəyyən olunub.

O, təmasda olduğu 4 nəfərlə birgə karantinə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31