13 il əvvəl Tehranda baş tutan toplantı bugünki problemlərin güzgüsüdür

Tehranda keçirilən toplantıda Təbrizdən olan aparıcı xanım Vahidi farsca danışır və qaşqay şairinə söz verir.

Çərəkçilik tayfasından Məhəməd Cavidi Vahidi xanıma narazılığını bildirir. Uzun illər müəllim işləmiş vəə hazırda Durna adlı təşkilatda xeyriyyəçilik edən Məhəmməd Cavidi şeirlər deyir. Məhəmməd Cavidi həmçinin xalq həyatından bəhs edən şeirlər oxuyur. Şeirlərin əksəriyyətini gənc nəsil başa düşə bilmir. Amma yaşlı nəslin insanları başa düşür. Şeirdəki sözlərin əksəriyyəti qaşqay oxusa da, türk şeir sözüdür. Bəs niyə indi bu sözlər başa düşülmür. Çünki, yayda yaylağa, qışda qışlağa köç edənlərdən bəhs edir. Lakin indi belə köçlər yoxdu deyə anlaşılmır.

Cəfər Eyvazlının dediyinə görə bu toplantı 12-13 il əvvəl çəkilib. Nə qədər zaman keçsə də, həmin toplantı və şeirlər bugünki gün üçün düşündürücüdür. Toplantıda şair nəinki ana dilində şeirlər, həmçinin fars dilində şeirlər oxuyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31