Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb
22 Yanvar 2021 14:58 SosialXəzər rayonunun Qala qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, yanvarın 21-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolayrıcısına vurmuşdur. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən biri orada ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31