Şəmkirdə qətl törədən şəxs saxlanıb

Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonunun Qədimqala kəndi ərazisində kənd sakini B.Alıyevin odlu silahdan açılan atəşlə öldürülməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla B.Alıyevin kənd sakini V.Aslanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirilməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. V.Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Ondan cinayəti törədərkən istifadə etdiyi "BUM" markalı tüfəng götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31