Polşa mətbuatında Kanadada yaşayan azərbaycanlı ekspertin müsahibəsi Dərc Olunub

 Son günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ilə bağlı Polşa mətbuatında Kanadada yaşayan azərbaycanlı, beynəlxalq münasibətlər, kommunikasiya və dövlət idarəçiliyi üzrə ekspert Anar Cahangirli ilə  müsahibə  dərc olunub.

Son günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ilə bağlı Polşa mətbuatında Kanadada yaşayan azərbaycanlı, beynəlxalq münasibətlər, kommunikasiya və dövlət idarəçiliyi üzrə ekspert Anar Cahangirli ilə  müsahibə  dərc olunub. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, ekspert Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə daha geniş konteksdən baxmağın zəruri olduğunu vurğulayıb. O, 1994-cü ildə  atəşkəs elan olunduğunu, bu illər ərzində hər iki-üç aydan bir ATƏT-in Minsk qrupu üzvlərinin  bir araya gəlməsinə baxmayaraq,  nəzərəçarpan irəliləyişə nail olunmadığını oxucuların diqqətinə  çatdırıb. O Azərbaycanın həmişə münaqişənin həllinin tərəfdarı olduğunu xüsusi ilə vurğulayıb.

Müsahibə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

(https://www.gazetaprawna.pl/artykuly/1492404,gorski-karabach-niepodleglosc-wojna-historia-armenia-azerbejdzan.html)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31