Gəncədə son vəziyyət necədir? - Rəsmi açıqlama

Ötən gecədən etibarən Gəncə şəhərində vəziyyət stabilləşib.

Ötən gecədən etibarən Gəncə şəhərində vəziyyət stabilləşib.

Olaylar.az xəbər erir ki, bu barədə  Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhərə gecə ərzində atəş açılmayıb: "Hazırda şəhərdə vəziyyət normaldır, sakitlikdir. Əhali arasında heç bir panika yoxdur, insanlar gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində ictimai nəqliyyat da işini davam etdirir".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31