"Telegram"ın işində qüsurlar yaranıb
7 Oktyabr 2020 06:17 Sosial"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Telegram"ın işində texniki qüsurlar əsasən Rusiya, Belarus, Ukrayna, İtaliya, Almaniya və Niderlandda müşahidə edilib.
İstifadəçilərin təxminən 68 faizi serverə qoşula, 28 faizi ismarıc göndərə bilməməkdən şikayət edib, 3 faizi isə mesencerə daxil olmaqda çətinliklə üzləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31