"Ermənistan Azərbaycan xalqını heç nə ilə qorxuda bilməz"
Öz ərazisindən Azərbaycanın mülki əhalisini artileriya və raket atəşəinə məruz qoyan Ermənistanın iki niyyəti və məqsədi var.
6 Oktyabr 2020 13:41 SosialÖz ərazisindən Azərbaycanın mülki əhalisini artileriya və raket atəşəinə məruz qoyan Ermənistanın iki niyyəti və məqsədi var.
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycanın Ermənistanın mülki əhalini nişan aldığı atəş nöqtələrini susdurmaq haqqı var:
"Ermənistanın birinci məqsədi odur ki, yanlış olaraq düşünürlər ki, 1990-cı illərdəki taktika onlara müsbət nəticə gətirə bilər. Ermənilər 1990-cı illərdə bu taktikadan istifadə edərək Azərbaycan cəmiyyətində panika yaymağa çalışırdılar. Onlar o vaxt istəklərinə çatdılar, torpaqlarımızın bir qismini işğal etdilər. Amma bu taktika artıq işləmir, çünki Azərbaycan cəmiyyəti, xalqı, ordusu illərdir elə müharibəyə hazırlaşır və bizi heç nəylə qorxuda bilməzlər. Hətta ikinci böyük şəhərimiz Gəncəni vursalar belə.
Kimsə bu məsələdə bizə heç nə deyə bilməz
İkinci məqsədləri də odur ki, biz Ermənistan ərazisinə cavab atəşi açaq, raketlə onları vuraq və Rusiyanın prosesə müdaxiləsini təmin etsinlər. Rusiya indi prosesə müdaxilə edə bilmir, çünki müharibə Azərbaycan ərazisində gedir. Onların Ermənistanı qorumaq barədə hərbi sazişi var. Ona görə, hələ ki, Azərbaycan tərəfi soyuqqanlı yanaşır. Amma mən düşünürəm ki, ermənilər bu təxribatları davam etdirdikcə biz, əslində, o atəş nöqtələrini susdurmalıyıq və kimsə bu məsələdə bizə heç nə deyə bilməz".