Xarici ölkələrdə Azərbaycana dəstək aksiyası Keçirilib
Dünyanın müxtəlif ölkələrimndə erməni təxribatını pisləyən və Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara dəstək məqaədilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyənin Konya şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə aksiya keçiriblər.
6 Oktyabr 2020 13:19 SosialDünyanın müxtəlif ölkələrimndə erməni təxribatını pisləyən və Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara dəstək məqaədilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyənin Konya şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə aksiya keçiriblər.
Şəhərin Zəfər meydanında toplaşan həmvətənlərimizin qarşısında Azərbaycan İş Adamları Dərnəyinin idarə heyətinin üzvü Vüqar Abdullah çıxış edib. Qeyd edib ki, Konyada yaşayan azərbaycanlılar olaraq işğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzkar təxribatlarını, ermənilərin 100 ildir təkcə Azərbaycan Türklərinə deyil, bütün Türk Dünyasına münasibətdə sərgilədikləri düşmən davranışını şiddətlə qınayırıq.
Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu vurğulayan natiq qeyd edib ki, Azərbaycan ordusu hazırda beynəlxalq hüquq normalarına uyğun olaraq qədim və əzəli torpaqlarımızı işğaldan azad etmək üçün öz ərazilərimizdə Ermənistanın silahlı qüvvələrinə qarşı döyüşür. Çünki qəsbkar Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair BMT qətnamələrinə 30 ilə yaxındır məhəl qoymur. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün haqq mübarizəsi aparır.
Kanadanın Kalqari şəhərində soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçirib.
Aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən Munisipal Plaza-dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə olan məsafəni də yürüşlə qət ediblər.
Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, "Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!" şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi müsiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.
Aksiya şəhər bələdiyyəsinin icazəsi ilə keçirilib.
ALACS-dan bildirilib ki, bütün torpaqlarımız erməni işğalından azad olunana qədər bu cür yürüşü hər bazar günü daha kütləvi şəkildə və medianın iştirakı ilə keçirmək niyyətindədirlər.
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.
Münhen-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə faşist mahiyyətli Ermənistanın işğalçı silahlı qüvvələrinin sentyabrın 27-də bütün cəbhə boyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsi, ölkəmizin təmas nöqtəsində, eləcə də Dağlıq Qarabağdan uzaqda olan şəhərlərində mülki yaşayış ərazilərinə və obyektlərinə raket zərbələri endirməsi şiddətlə qınanılıb.
Soydaşlarımız ermənilərin xaincəsinə hücumuna Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə layiqli cavab verən qəhrəman Azərbaycan ordusunun hər gün yeni qələbələrlə Qarabağda irəliləməsindən qürur duyduqlarını vurğulayıblar.
Döyüşlər zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir Münhen-Azərbaycan Mədəniyyət Mərkəzinin Almaniyanın qanunverici və icraedici orqanlarına ünvanladığı bəyanatın təqdim olunması ilə yekunlaşıb.