Beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil

“Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

"Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. Deputat bildirib ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir: "Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq".

S. Məmmədov qeyd edib ki, pandemiya sahəsində olan qaydalara riayət etməklə də Ordumuza dəstək vermiş olarıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31