“Əməkdar jurnalist” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edəcək

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul, 2020-ci il sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş “OLAYLAR” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Silahlı Qüvvələrə Yardım Fonduna yardım edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul, 2020-ci il sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüş "OLAYLAR" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Silahlı Qüvvələrə Yardım Fonduna yardım edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən jurnalist deyib ki, "Əməkdar jurnalist" fəxri adı üçün nəzərdə tutulmuş məvacibin 6 ayını Fonda köçürməyi qərarlaşdırıb: "Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı imkanı daxilində Silahlı Qüvvələrə Yardım Fonduna, cəbhədə düşmənlə üz-üzə dayanıb işğal altında olan torpaqlarımızı azad edən mərd oğullarımıza öz dəstəyini göstərməlidir. Bizlər ikinci dünya müharibəsi zamanı barmağındakı nişan üzüyünü, boyunbağısını cəbhədəki əsgərlərə göndərən nəsillərin davamçılarıyıq. Bu gün tarix təkrar olunur və Vətən müharibəsində hər kəs əlindən gələn köməyi göstərməlidir".

Qeyd edək ki, Süleyman İsmayılbəyli həm də Milli Vəhdət Partiyasının sədr müavinidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31