Baş Prokurorluq Silahlı Qüvvələr Fonduna 1 milyon 280 min manat köçürüb
5 Oktyabr 2020 15:16 SosialBaş Prokurorluğun əməkdaşları Silahlı Qüvvələrə 1 milyon 280 min manat köçürdülər. Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31