Ermənistan ordusu prokurorluq əməkdaşını yaraladı
Baş Prokurorluğun bir əməkdaşı Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsində yaralanıb.
5 Oktyabr 2020 10:00 SosialBaş Prokurorluğun bir əməkdaşı Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsində yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib. Onun sözlərinə görə, hadisə yerində istintaq hərəkətləri apararkən ermənilər tərəfindən atəş davam etdirilib. Bu zaman prokurorluğun əməkdaşı xəsarət alıb:
"Onun həyatını xilas etmək üçün cərrahi müdaxiləyə zərurət yaranıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31