Avropada “Azərbaycana dəstək” aksiyası Keçirilir

Düsseldorf şəhərində Avropada yaşayan azərbaycanlılar “Azərbaycana dəstək” aksiyası keçiriblər. Aksiyada Avropanın müxtəlif ölkələrdən gələn yüzlərlə azərbaycanlı iştirak edib.

Düsseldorf şəhərində Avropada yaşayan azərbaycanlılar "Azərbaycana dəstək" aksiyası keçiriblər. Aksiyada Avropanın müxtəlif ölkələrdən gələn yüzlərlə azərbaycanlı iştirak edib.

Time TV Media Qrupunun əməkdaşı Emil Cəfərovun Olaylar.az-a verdiyi məlumata görə, tədbir iştirakçıları arasında türk dərnəkləri təmsilçiləri, Güney Azərbaycan diasporası təmsilçiləri olublar. 2 saatdan çox davam edən tədbirdə müxtəlif dillərdə çıxışlar olub, orduya dəstək çağırışları edilib. Sonda azərbaycanlılar Azərbaycan Ordusunun qələbəsi şərəfinə halay çəkib, bu sevincli anı birlikdə yaşayıblar. 

Emil Cəfərov bildirdi ki, orduya dəstək aksiyaları yaxın günlərdə də davam edəcək. Aksiyanın növbti dəfə Fransada keçirilməsi nəzərdə tutulub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31