Mənzillərin qeydiyyatı bu ünvanlarda Aparılacaq

 İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın  30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın  30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək. İqtisadiyyat Nazirliyibndən "Olaylar"a bildirilib ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31