Düşmən işğalından azad olunan Talış yüksəkliklərindən ilk görüntülər - VİDEO

 

 

Bugün keçirilən əməliyyatlar nəticəsində Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib.

Trend   bildirir ki, AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31