Sumqayıtda fahişəxanada polis reydi - VİDEO
25 Sentyabr 2020 12:03 SosialA
Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib.
"Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.
Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib", - nazirliyin məlumatında bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31