Bakıda kişi benzin töküb özünü yandırdı

Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.

Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.

1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.

O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31