Müharibəyə qədər hələ görülməlii çox işlərimiz var, cənablar...

28 ildir ki, Azərbaycanın torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Və hər il işğal günləri çox kiçik sayda toplumun yaddaşında "təzəlnir". Televiziyalar həmin gün ən yaxşı halda axşam xəbərlərində bir "xatırlatma" etməklə üzərlərinə düşən maaarifləndirmə funksiyasını bitmiş hesab edirlər. Gün ərzində isə tv-lər öz adi iş rejimində-çal-çağırdadır. Bu düz 20 ildən çoxdur ki, davam edir. Və 1994-cü il mayın 8-də azərbaycan Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Amma biz ötən müddət ərzində neçə-neçə oğullar, atalar, qardaşlar itirdik. Hansı ki, onların arasında siravi əsgərdən tutmuş general rütbəsinə malik olan şəxsiyyətlər var idi. Hər dəfə itgimiz olanda sadəcə "Vətən başın sağ olsun" deməklə sanki borcumuzdan çıxmış oluruq. Vətənin başı, ayağı hardadı və necədir bilmədən, sözxatirinə...

28 ildir ki, Azərbaycan  torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Və hər il işğal günləri çox kiçik sayda toplumun yaddaşında "təzələnir". Televiziyalar həmin gün ən yaxşı halda axşam xəbərlərində bir "xatırlatma" etməklə üzərlərinə düşən "maaarifləndirmə"  funksiyasını bitmiş hesab edirlər. Gün ərzində isə tv-lər öz adi iş rejimində-çal-çağırdadır. Bu düz 20 ildən çoxdur ki, davam edir. Və 1994-cü il mayın 8-də  atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Amma biz ötən müddət ərzində neçə-neçə oğullar, atalar, qardaşlar itirdik. Hansı ki, onların arasında siravi əsgərdən tutmuş general rütbəsinə malik olan şəxsiyyətlər var idi. Hər dəfə itgimiz olanda sadəcə "Vətən başın sağ olsun" deməklə sanki borcumuzdan çıxmış oluruq. Vətənin başı, ayağı hardadı və necədir bilmədən, sözxatirinə...

Generalını itirən vətənin başı heç vaxt sağ ola bilməz...

Birinci Qarabağ savaşında həlak olan şəhid övladının indi azı 30-35 yaşı var. Həyat yoldaşı şəhid olan qadının  hansı problemlərlə üzləşdiyi, uşaqlarını hansı çətinliklərlə böyütdüyü çoxumuza məlumdur. Ən yaxşı halda, bəzi ailələrə (hamısına yox) 2-3 sot torpaq verib, başlarının "sağ olmasını" "təmin elədik", təhsil haqqından azad etdik. Hə, bir də hansısa layihədə qalib olmaq istəyən QHT-çilər ara-sıra qapılarını döyüb, ailələri, uşaqları ağladıb  şəkillər çəkdirib, sonra ....

Ötən illər ərzində torpaqlarımızın işğal altında olduğunu təbliğ edə bildikmi? Bu illər ərzində çal-çağırımızdan qaldıqmı? Tv-lərə hansı göstərişlər verilirdi, nələrin təbliğ olunması tapşırılırdı? Seçimimiz Qarabağı, müharibəni təbliğ etmək oldu, ya hansısa əxlaqsızı, əxlaqsızları? Azərbaycan həqiqətlərini burdan-bura azərbaycanlılara çatdıra bildikmi? Suallar çoxdur. Bütün bu sualların cavabı hazırkı durumumuzdur.

Qarabağ və müharibə belə qaçaraq təbliğ olunmalı məsələdirmi? 2-3 həftədə qaçaraq təbliğ etdiyimiz Qarabağ müharibəsində qalib olacağımıza inam  varmı? Halbuki illərdi buna vaxtımız var idi. Bu illər ərzində vaxtdan səmərəli istifadə etsəydik, bəlkə indi Şuşada, Xocalıda, Cəbrayılda.... koronavirusa qarşı mübarizə aparırdıq...

Bu gün Qarabağ qazisinin qız övladı atasının dərmanını ala bilmək üçün məktəbdən imtina edib, metro kənarlarında salfetka satırsa, Qarabağa tələsməyək. Qarabağda müharibəni təbliğ edənə qədər hələ çox iş görməliyik. Ən azı ilk olaraq Qarabağ şəhidlərinin, qazilərinin ailələrinə hörmət etməyi öyrənməli, öyrətməliyik. Atasının dərmanını almaq məcburiyyətində qalan uşaq üçün bu gün Qarabağ nə qədər maraqlıdır? Nə etməliydik? O uşağı boynunu  sosial problemlərlə yükləyib, çıxış yolunu məktəbdən imtina edib atasına dərman almaq üçün metroları seçməyinə imkan verməməli idik.  Qarabağ qazisinin dərmanın olmaması uşağını yox, bizləri narahat etməli idi. Ən başlıcası isə problemləri aidiyyatı qurumlar həll etməliydi. Uşaq isə təhsildən yayınmayıb, Qarabağın tarixini öyrənməli idi. O zaman o uşağın müharibədə könüllü iştirak etməsinə səbəbkar olardıq.

Son bir həftə ərzində dərc etdiyimiz Qarabağ müharibəsini təbliğ edən posterləri 28 il öncə dərc etməmizə nə mane olurdu? Son bir həftəlik təbliğatı illər öncə niyə etmədik? 28 il öncə Qarabağ bizim deyildimi və ya biz bunu bilmirdikmi? İndimi bizə məlum oldu "həqiqət"lər? Son 6 ayda koronavirusu təbliğ etdiyimiz qədər 28 ildə Qarabağı təbliğ etmədik. 

Bu gün o yerləri xatırlayan sonuncu nəsil 30-lu yaşlarındadı. Və növbəti 28 il sonra artıq o nəslin övladları Qarabağı yad ölkənin bir hissəsi olaraq turist kimi səfər edəcək. Erməni bələdçilər isə onlara Azərbaycan "vəhşilikləri"ndən dastan" danışacaqlar.

Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirdiyi tədbirlər nəticəsində əsir götürən oğullar bu gün hansısa bəhanələrlə tutduqları vəzifədən uzaqlaşdırılır.

Ölkədaxilində bu cür hadisələr yaşanıldığı halda biz doğrudanmı biz müharibəyə hazırıq və ya hazırlaşırıq? Bu dəfə də məğlub xalq olmaq istəmiriksə, o zaman ilk olaraq müharibəni içimizdəki kəşfiyyatçılara qarşı etməliyik.

Silahlı müharibəni bir kənara qoyaq. Bu gün - XXI əsrdə düşmənə qarşı informasiya müharibəsini edə bilirikmi? Bizim üçün informasiya müharibəsi təkcə 2-3 erməni saytını  hakker hücumuna məruz qoymaqdır. Xatırlayaq ki, Tovuz döyüşləri zamanı bir erməni azərbaycan dilində səlis danışığı ilə sosial şəbəkələrdən vətəndaşlarımızı həyacanlandıran, qorxudan "müraciət"lər ünvanlayırdı. Erməni vətəndaşı olan Aşot Asatryan isə hələ 2017 -ci ildə BBC News-a verdiyi müsahibəsində deyir: "Mən həmişə Azərbaycan mətbuatı ilə maraqlanmışam. Sonradan başa düşdüm ki, yalnız rus və ingilis dilində ala bildiyim məlumat ölkədaxili vəziyyəti, insanlar arasında iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə daxili durumu tam əks etdirmir. Düşündüm ki, azərbaycan dilində özləri üçün nəzərdə tutulan məlumat bundan fərqli olar. Və azərbaycan dilində reallığı daha geniş və daha dolğun əks etdirən məlumat almaq olar. Bir də ki, 30 ilə yaxındır ki, müharibə vəziyyətindəyik. Belə bir kobud səslənən ifadə də var ki, onların dilini bilmək lazımdır. Azərbaycan dilini 2 ay deyil ki öyrənirəm. Söz ehtiyatım çox cuzidir. "Salam", "nə var nə yox", hərfləri yazmağı öyrənmişəm. Rahat oxuyuram, bilmədiyim yazılı sözləri lüğətdə axtarıb tapa bilirəm. Amma audio və video, yəni qulağımla eşitdiyim cümlələri başa düşə bilmirəm. Sürətlə danışanda hətta öyrənib bildiyim sözləri seçə bilmirəm. Hər necə olsa da indi istədiyim məlumatı rus dilində yox, azərbaycan dilində lüğət vaistəsilə oxuya bilirəm. Azərbaycan dilini öyrənənlərin sayı barədə heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, azərbaycan dilinə maraq ələxsus ötən il aprel hadisələrindən sonra artıb. İnsanlarda azərbaycan dilini öyrənmək həvəsi oyanıb."

Bu sıradan bir Ermənistan vətəndaşının vətəni üçün etdikləridir. Biz 2017 -ci ildən bu günə qədər bir də Tovuz hadisəsini yaşadıq. Əsgər, general -mayor, polkovnik şəhid verdik. Bunun xaricində nə "əldə etdik?"

Bu gün Ermənistanda  baş verən hadisələri izləmək üçün erməni dilini öyrənməyə can atan neçə gəncimiz var? Və ya bu dili bilən insanlar könüllü olaraq erməni dilini öyrətmək üçün hara müraciət etdilər, harada paylaşım etdilər?

Müharibəyə qədər hələ görülməli çox işlərimiz var, cənablar...

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31