“WhatsApp”da YENİ FUNKSİYA
“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.
21 Sentyabr 2020 17:34 Sosial"WhatsApp" messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.
Bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.
Yeniliyə əsasən, "WhatsApp"da "Əlaqəli qurğular" düyməsi peyda olacaq.
Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31