Nazir “İdarəçi rəhbər və təcrübə” mövzusunda təlim keçəcək

Sentyabrın 11-də saat 11:00-da İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatında “İdarəçi rəhbər və təcrübə” mövzusunda vebinar keçiriləcək.

Sentyabrın 11-də saat 11:00-da İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatında "İdarəçi rəhbər və təcrübə" mövzusunda vebinar keçiriləcək. "Olaylar"ın məlumatına görə, vebinar Yüksəliş müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin moderatorluğu ilə baş tutacaq. Vebinarda iştirak etmək üçün əvvəlcədən qeydiyyat vacibdir. Vebinarda Yüksəliş müsabiqəsinin Əyani mərhələsinə keçmiş namizədlər iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31