Bu gün imtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub
Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub.
21 Avqust 2020 10:48 Sosial"Olaylar" Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub.
Olaylar.az bildirir ki, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31