Nazir müəllim, şagird və valideynlərlə videokonfrans keçirdi
13 Avqust 2020 13:33 SosialAvqustun 13-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.
Olaylar.az bildirir ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31