Bu yolda xətlənmə işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində ( hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31