Bakıda sərnişin avtobusu yandı
13 Avqust 2020 10:57 SosialBu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31