Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12 Avqust 2020 12:02 SosialAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Olaylar.az bildirir ki, layihə üzrə yazar Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31